Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona iqtisadiyyatı avqust ayında xidmət sektorundakı canlanma ilə əlaqədar artıb.
Banco.az xəbər verir ki, “S&P Global” və “Hamburg Commercial Bank” (HCOB) tərəfindən açıqlanan avqust ayı üzrə Avrozonanın kompozit və xidmət sektoru Satınalma Menecerləri İndeksinə (PMI) əsasən, Avrozona iqtisadiyyatı ötən ay son üç ayda ən yüksək templə böyüyüb.
Məlumatlar göstərir ki, Avrozonada özəl sektor xidmət fəaliyyətinin sürətli bərpası ilə güclü şəkildə artım reallaşdırıb.
İyulda 50,2 punkt olan kompozit PMI avqustda 51 punkta yüksəlib. Beləliklə, Avrozonada kompozit PMI son üç ayın ən yüksək səviyyəsinə çatıb.
Avrozonada iyul ayında 51,9 punkt olan xidmət sektoru PMI isə avqust ayında 52,9 punkta çataraq son üç ayın ən yüksək səviyyəsini qeyd edib.
Məlumat üçün bildirək ki, PMI üzrə 50 punktdan yuxarı göstərici artımın, aşağı göstərici isə daralmanın olduğunu göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!