Avrozona bankları korporativ kredit tələbinin artacağını gözləyirlər | Banco.az

Avrozona bankları korporativ kredit tələbinin artacağını gözləyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona bankları üçüncü rübdə korporativ kredit tələbinin artacağını gözləyirlər.

Banco.az xəbər verir ki, Avrozonadakı maliyyə qurumları uzun müddətdən sonra ilk dəfə bu yay korporativ kredit tələbinin yenidən artacağını gözləyir.

Avropa Mərkəzi Bankı (ECB) Avrozonadakı bankların iştirak etdiyi “Bank Kredit Sorğusu”nun nəticələri ilə bağlı ilin ikinci rübünü əhatə edən hesabatını açıqlayıb.

Hesabata görə, Avrozonada şirkətlərin kredit tələbi ilin birinci rübündə olduğu kimi ikinci rübdə də zəifləyib. 

ECB-nin hesabatla bağlı verdiyi bəyanatda bankların ikinci rübdə şirkətlərə kredit vermə standartlarını bir qədər sərtləşdirdiyi qeyd olunub. ECB bunun əsas səbəbinin isə bankların risk tolerantlığının azalması olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, maliyyə institutları üçüncü rübdə şirkətlər üçün kredit standartlarının orta dərəcədə sərtləşdirilməsini gözləyirlər. Araşdırmaya görə, maliyyə qurumları, xüsusilə banklar, ilin üçüncü rübünün 2022-ci ilin yayından bəri korporativ kredit tələbində ilk artım olacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram