Avrora Qrup qəhrəmanlarımız üçün 500 000 manat ianə edib | Banco.az

Avrora Qrup qəhrəmanlarımız üçün 500 000 manat ianə edib

44 günlük Vətən müharibəsində bütün imkanlarını səfərbər edən “Avrora Qrup” yenidən dövlətimizin və xalqımızın yanındadır. Belə ki şirkət, qələbəmizin memarı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis edilmiş “YAŞAT” Fonduna 500 min manat ianə edib.

“Avrora Qrup” eyni zamanda Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan əməkdaşlarının ailələrinə birdəfəlik 10 min manat, ailəsində şəhid olan əməkdaşlarına birdəfəlik 3000 manat, yaralanan və müalicə alan əməkdaşlarına birdəfəlik 3 min manat maddi yardım göstərmişdir.

Şirkət Vətən borcunu yerinə yetirərkən şəhid olan qəhrəmanlarımızın da ailələrini diqqətdə saxlayaraq, 32 şəhid ailəsini himayəyə götürmüşdür. Belə ki, subay olan şəhid qəhrəmanımızın ailəsinə hər ay 500 manat, evli şəhidimizin ailəsi üçün hər ay 1 000 manat aylıq müavinət ayırmışdır. Bundan başqa həmin şəhid ailələrin uşaqlarının gələcəkdə ali təhsil xərclərini “Avrora Qrup” qarşılayacaq və universiteti bitirdikdən sonra onları şirkətdə işlə təmin edəcək.

Qeyd edək ki, “Avrora Qrup”un 127 əməkdaşı Vətən müharibəsinə könüllü olaraq qatılıb, onlardan 3 nəfəri şəhid olub. 6 nəfəri yaralanıb. Hərbi xidmətdə olan əməkdaşların maaşları tam həcmdə hər ay ödənilir, müalicə olunan qazi əməkdaşları ilə mütəmadi görüşərək lazımi dəstək verilir. Eyni zamanda xidmətdən qayıdan əməkdaşlar öz vəzifələrinə bərpa olunurlar. Avrora şirkəti 44 günlük dönəmdə və hal-hazırda cəbhə bölgəsinə səfərlər edərək əsgərlərimizə öz dəstəyini əsirgəmir. Sosial məsuliyyət layihələri çərçivəsində övladı və ailə başçısı vətən keşiyində dayanan qazilərimizin ailələrinə, o cümlədən cəbhəyanı ərazilərdə yaşayan insanlara maddi və ərzaq yardımını davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et