Avropanın ən işlək hava limanı bəlli olub | Banco.az

Avropanın ən işlək hava limanı bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbul Hava Limanı 1220 reyslə Avropanın ən işlək hava limanı olub.

Banco.az xəbər verir ki, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 18-24 noyabr dövrünü əhatə edən uçuş hesabatına əsasən, İstanbul Hava Limanı 1220 reyslə Avropanın ən işlək hava limanı olub.

Bu barədə Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) sosial media hesabında məlumat verilib.

Məlumata görə, ikinci yerdə gündəlik orta hesabla 1143 reyslə London Hitrou, üçüncü yerdə isə 1106 reyslə Paris Şarl de Qoll hava limanı qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et