Avropanın ən hündür teleradio qülləsi fəaliyyətə başladı | Banco.az

Avropanın ən hündür teleradio qülləsi fəaliyyətə başladı

Türkiyənin yeni teleradio qülləsi tam fəaliyyətə başlayıb.

İstanbulun ən yüksək yerlərindən olan Çamlıca bölgəsində inşa edilən qüllənin fəaliyyətə başlamasının ardından ərazidəki digər qüllələrin söküntü işlərinə başlanılıb.

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu İstanbulun mənzərəsinin pozulmaması məqsədilə Böyük Çamlıcada 25, Kiçik Çamlıcada isə 3 olmaqla, ümumilikdə 28 ötürücünün söküləcəyini bildirib. Nazir yeni ötürücünün fəaliyyətə başlaması ilə ərazinin turizm baxımından da əhəmiyyətli yerə sahib olacağını qeyd edib.

Hündürlüyü 369 metr olan qüllə 10 min kvadratmetr ərazidə inşa olunub. Dəniz səviyyəsindən 587 metr yüksəkdə olan bu ötürücü, eyni zamanda, Avropanın ən hündür teleradio qülləsidir.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et