Avropanın ən böyük iqtisadiyyatı sənayesizləşmə təhlükəsi ilə üz-üzədir | Banco.az

Avropanın ən böyük iqtisadiyyatı sənayesizləşmə təhlükəsi ilə üz-üzədir

Müəllif:Mehin Qasımova/Banco.az 

Almaniya yüksək istehsalçı xərcləri səbəbindən sənayesizləşmə təhlükəsi ilə üzləşir. 

Banco.az xəbər verir ki, bunu "Salzgitter" polad şirkətinin baş direktoru Qunnar Qrobler deyib .

Məlumata görə, Avropanın ən böyük iqtisadiyyatında sənaye yüksək enerji qiymətləri səbəbindən mübarizə aparır. Polad və kimya şirkətləri bizneslərini ölkədən kənara çıxarsa, Almaniya “bütün istehsal zəncirini” itirəcək.

2023-cü ilin avqustunda sənaye şirkətlərinin 32 faizi Almaniya  Ticarət və Sənaye Palatasına  (DIHK) bildirib ki, onlar xaricə sərmayə qoymağa üstünlük verirlər. Bu keçən illə müqayisədə iki dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et