Müəllif:Mehin Qasımova/Banco.az
Avropanın ən böyük aviaşirkətinin əməkdaşları tətil elan ediblər.
Banco.az xarici mediaya istinadla xəbər verir ki, "Lufthansa" yerüstü xidmətinin əməkdaşları 27 saatlıq tətil elan etmək qərarına gəliblər.
Avropanın ən böyük aviaşirkətinin yerüstü işçilərinin tətili səbəbiylə minə yaxın reys (bütün uçuşların təxminən 80-90 faizi) ləğv edilib. Müştərilərə dəmir yolu nəqliyyatından istifadə etmək və ya lufthansa.com, müştəri proqramı və ya xidmət mərkəzi vasitəsilə yenidən bron etmək imkanı təklif edilib.Etirazlar cümə axşamı bitəcək, lakin hava hərəkəti yalnız cümə günü, fevralın 9-da tam normallaşacaq.
Məlumata görə, işçi heyəti maaşların 12,5 faiz artırılaraq ayda ən azı 500 avro səviyyəsinə çatdırılmasını tələb edir. Həmkarlar ittifaqı həmçinin inflyasiya üçün üç min avro məbləğində vahid kompensasiya bonusunun ödənilməsini tələb edir.
Qeyd edək ki, son günlər Avropanın bir yerlərində kütləvi etiraz aksiyaları keçirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!