Avropanın ən böyük "Apple" mağazası bu gün açılacaq | Banco.az

Avropanın ən böyük "Apple" mağazası bu gün açılacaq

Tamara Mustafayeva, Banco.az

"Apple" firması Avropadakı ən böyük mağazasını bu gün İstanbulun işlək bölgələrindən biri olan Bağdad küçəsində açağını rəsmi olaraq elan edib.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Avropanın ən böyük "Apple Store"u olacağı bildirilən bu yeni mağazanın açılışı münasibətilə "Perspective Istanbul" adlı altı həftə davam edəcək "Today at Apple" proqramının təqdimat mərasimi keçiriləcək. 

Qeyd edək ki, bu yeni mağaza texnologiya nəhənginin Türkiyədə fəaliyyət göstərən sayca üçüncü mağazası olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram