Avropanın bu ölkələri rusiyalı turistlərdən sənəd qəbulunu dayandırıb | Banco.az

Avropanın bu ölkələri rusiyalı turistlərdən sənəd qəbulunu dayandırıb

Avropanın doqquz ölkəsi – Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland rusiyalı turistlərdən sənəd qəbulunu dayandırıb.

Bu barədə TASS agentliyi Rusiya turist operatorları assosiasiyasına istinadla məlumat yayıb. Bununla yanaşı, bəzi ölkələr Rusiya vətəndaşlarına viza verilməsini davam etdirir. Turoperatorlar bildirirlər ki, bu sıraya Aİ-nin İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr kimi loyal üzvləri daxildir. Lakin söhbət şengen vizalarından deyil, milli vizalardan gedir.

Xatırladaq ki, Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə Avropa İttifaqı Şurasının qərarı sentyabrın 12-də qüvvəyə minib. Bundan sonra Rusiya vətəndaşları vizanı rəsmiləşdirmək üçün 35 avro əvəzinə 80 avro rüsum ödəyəcək və daha çox sənəd toplamalı olacaq. Həmçinin konsulluqların viza müraciətləri ilə bağlı qərar vermə müddət 10 gündən 15 günə, bəzi hallarda isə 45 günə qədər artırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et