Avropanın avtomobil bazarı son 30 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Avropanın avtomobil bazarı son 30 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin sonunda Avropanın avtomobil bazarı 4,6 faiz azalıb.

Banco.az xəbər verir ki, müvafiq dövrdə Avropa İttifaqında (Aİ) yeni minik avtomobillərinin satışı 9,3 milyon ədədə qədər azalaraq 1993-cü ildən bu yana 30 ilin minimum səviyyəsinə çatıb. Bu barədə Avropa avtomobil istehsalçıları assosiasiyası məlumat yayıb.

Yalnız Almaniya bazarı müsbət dinamika nümayiş etdirib. Belə ki, adı çəkilən ölkədə yeni avtomobillərin satışı illik müqayisədə 1,1 faiz artıb. Buna paralel olaraq avtomobil satışları İtaliyada 2021-ci ilə nisbətən 9,7 faiz, Fransada 7,8 faiz, İspaniyada 5,4 faiz azalıb. Eyni zamanda, ilin son ayında İtaliyada satışlar 21 faiz artıb. Fransa eyni səviyyədə davam edərkən İspaniyada satışlar 14,1 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et