Müəllif: Tamara Mustafayeva, Banco.az
Ukraynaya göndəriləcək maliyyə yardımının 3 milyard avrosu təhvil verilib.
Banco.az xəbər verir ki, Avropa Komissiyası Rusiya ilə müharibə şəraitində olan Ukraynaya bu il verilməsi planlaşdırılan 18 milyard avroluq makro maliyyə yardım paketinin 3 milyard avrosunun dünən göndərildiyini açıqlayıb.
Açıqlamada yardım paketi çərçivəsində Ukraynada maaş və təqaüdlərin ödəniləcəyi, xəstəxana və məktəb kimi əsas xidmətlərin davam etdiriləcəyi, köçkünlərə sığınacaq veriləcəyi bildirilib.
Dəstəyin Ukraynada iqtisadi sabitliyin təmin olunmasına kömək edəcəyi vurğulanaraq ölkənin Rusiya tərəfindən dağıdılan enerji infrastrukturu, su sistemləri, nəqliyyat şəbəkələri, yol və körpülər kimi mühüm infrastrukturun təmirinə dəstək veriləcəyi qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!