Avropada təbii qazın qiyməti yenidən rekord vurdu | Banco.az

Avropada təbii qazın qiyməti yenidən rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti növbəti rekorda imza atıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa ölkələrində təbii qazın qiyməti tədarük problemləri və elektrik enerjisinin istehsalında alternativ mənbələrdən istifadənin qənaətbəxş səviyyədə olmaması səbəbilə bahalaşmağa davam edir. Elektrik enerjisinin qiyməti də artan təbii qaz qiymətlərinə paralel olaraq bahalaşmaqdadır.

Avropanın təbii qaz göstəricisi hesab edilən Hollandiyada 1 aylıq təbii qaz fyuçersi 5,8% yüksəlməklə bir meqavat/saat üzrə 69.60 avroya qədər bahalaşdığı əsnada, İngiltərədə ekvivalent göstəricisi isə 5,8% artmaqla rekord vurub.

Qeyd edək ki, bölgəyə Rusiyadan təbii qaz nəql edilməsi ilə bağlı qeyri-müəyyənlik davam edərkən isti havanın ortalamadan aşağı cərayan etməsi səbəbindən təbii qaz probleminin dərinləşəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et