Avropada təbii qaz fyuçerslərinin qiyməti ilk dəfə 50 avrodan ucuzlaşıb | Banco.az

Avropada təbii qaz fyuçerslərinin qiyməti ilk dəfə 50 avrodan ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşmaqda davam edir.

Banco.az xəbər verir ki, Avropada təbii qaz fyuçersləri mülayim hava şəraiti və Rusiya qazına alternativ LNG tədarükü səbəbindən 17 ayda ilk dəfə 50 avrodan aşağı düşərək ucuzlaşmağa davam edib.

Fyuçers qiymətləri ötən ilin avqust ayında pik həddə çatdıqdan sonra bu vaxtadək 80 faizdən çox aşağı düşüb. 2023-cü ilin ilk iki ayında isə qiymətlərin 35 faiz azaldığı müşahidə edilib.

Qiymətlərin ucuzlaşmasında hava şəraitinin mülayim keçməsi, enerji istehlakının azaldılması səyləri və ABŞ-dan Qətərə qədər bir çox ölkədən LNG nəqlinin həyata keçirilməsi mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et