Avropada qazın qiyməti avqust ayından bəri ilk dəfə 1000 kubmetr üçün 500 dolları ötüb | Banco.az

Avropada qazın qiyməti avqust ayından bəri ilk dəfə 1000 kubmetr üçün 500 dolları ötüb

Müəllif: Mehin Qasımova/Banco.az 

Avropada qazın qiyməti avqust ayından bəri ilk dəfə 1000 kubmetr üçün 500 dolları ötüb.

Banco.az xəbər verir ki, bir gün əvvəl Chevron, Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsi fonunda təhlükəsizlik məqsədilə Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmışdı.

Hollandiyadakı TTF qovşağında noyabr fyuçersləri min kubmetr üçün 508 dollara və ya MVt/saata 46,5 avroya qədər yüksəlib.

İstehsalın dayandırılması Avropa da daxil olmaqla tədarükün gecikməsinə səbəb ola bilər. 

Bundan əlavə, Chevron-un Avstraliyadakı iki LNG obyektinin işçiləri gələn həftədən tətilləri bərpa edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et