Avropada ötən ay ən çox satılan avtomobillər bəlli oldu | Banco.az

Avropada ötən ay ən çox satılan avtomobillər bəlli oldu

Tamara Mustafayeva, Banco.az

Ötən ay Avropalıların hansı avtomobillərə üstünlük verdiyi məlum olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Tesla Model 3" ən populyar benzin mühərrikli avtomobilləri geridə qoyaraq sentyabr ayı ərzində Avropada ən çox satılan nəqliyyat vasitəsi olub. Bununla da, ilk dəfə hər hansı elektrik avtomobili benzinlə işləyən modelləri üstələyərək birinci sırada qərarlaşıb.

"Tesla"nın ən münasib qiymətli modellərindən biri olan "Model 3"ün "Renault Clio" və "Volkswagen Gold" kimi markaları geridə qoymasında şirkətin ilin üçüncü rübündə satış həcmini artırması böyük rol oynayıb.

Qeyd edək ki, elektromobil istehsalçısı "Tesla" sentyabr ayında 24 min 591 ədəd "Model 3" satışı həyata keçirib. Bu da, öz növbəsində ötən ilə nəzərən 58% artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et