Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət müqaviləsinin ratifikasiya prosesini dayandırıb.
Banco.az xəbər verir ki, Avropa Parlamenti (AP) ABŞ prezidenti Donald Trampın Qrenlandiya məsələsi ilə bağlı mövqeyinə görə bəzi Avropa ölkələrinə tariflərin tətbiq olunacağını açıqlamasından sonra, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında 2025-ci ilin iyul ayında əldə edilmiş ticarət sazişinin təsdiq prosesini dayandırıb.
AP-nin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lanqe sosial şəbəkə hesabında yaydığı açıqlamada, Avropa Parlamentinin Aİ–ABŞ ticarət sazişini rəsmi olaraq qeyri-müəyyən müddətə dayandırdığını bildirib.
Lanqe Beynəlxalq Ticarət Komitəsinin Aİ–ABŞ sazişi üzrə fəaliyyətini dondurmaq qərarı aldığını qeyd edərək deyib:
“Suverenliyimiz və ərazi bütövlüyümüz təhlükə altındadır. İşləri əvvəlki qaydada davam etdirmək mümkün deyil. Qrenlandiya, Danimarka və Avropadakı müttəfiqlərə qarşı davam edən və getdikcə artan təhdidlər, xüsusilə də gömrük rüsumları ilə bağlı hədələr nəzərə alındıqda, saziş üzərində işi dayandırmaqdan başqa seçimimiz qalmadı.”
Bizi sosial şəbəkələrdən izləyin!!
