Avropa Oyunları keçiriləcək ərazilərdə POS-terminallar quraşdırılıb | Banco.az

Avropa Oyunları keçiriləcək ərazilərdə POS-terminallar quraşdırılıb

Vergilər Nazirliyi ölkəmizdə “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Nazirlikdən bildiriblər ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafında yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminal quraşdırılıb, onlardan istifadə qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatdırılıb ki, onların da 62,4 faizi Bakı şəhərinin, 37,6 faizi isə digər şəhər və rayonların payına düşür.