Avropa ölkələrinin ayrı-ayrılıqda Azərbaycanla əməkdaşlığı | Banco.az

Avropa ölkələrinin ayrı-ayrılıqda Azərbaycanla əməkdaşlığı

Bu gün Avropa ölkələrinin əksəriyyəti üzvü olduqları Avropa İttifaqı çərçivəsində vahid xarici siyasi xətt yürüdürlər. Baxmayaraq ki, həmin ölkələr onunla razılaşmaya da bilərlər.

Azərbaycanla bağlı bu siyasi xətt əsassız tənqid və ölkənin daxili işlərinə müdaxilədə ifadə olunur. Lakin bu, iqtisadiyyata toxunmur və məhz ona görə ki, bu gün Azərbaycan Aİ bazarlarına ilk və yeganə alternativ qaz tədarükçüsüdür.

Avropa ölkələri ilə əməkdaşlığın inkişafına ən yaxşı çıxış Azərbaycana Aİ-də etibarlı iqtisadi və siyasi tərəfdaşlara malik olmaq imkanı verən ikitərəfli əməkdaşlıqdır.

Bunu Polşanın iqtisadiyyat naziri Yanuş Pexoçinskinin Bakıya səfəri, eləcə də onun bir sıra bəyanatları bir daha təsdiqləyir. Xüsusilə, nazir Pexoçinski bir gün ərzində bir neçə dəfə Azərbaycanın Polşa üçün 10 ən perspektivli bazarlardan biri olduğunu söylədi.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də Moskvanın cavab tədbirləri Polşanın mövqelərinə müəyyən zərbə vurdu. Bundan başqa, regionda vəziyyət Ukraynadakı hadisələrə görə qeyri-sabitdir. Və bunların hamısı perspektivli Azərbaycan bazarı tərəfə hərəkətə başlamağa əlavə təkan verdi. Hazırda ölkədə Polşanın “Seçilmiş bazarlara ixracın aktivləşdirilməsi” yardım proqramı aktiv həyata keçirilir və orada Azərbaycana xüsusi diqqət ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, qeyd etmək vacibdir ki, Pexoçinski Azərbaycan şirkətlərini Mərkəzi və Şərqi Avropada ən iri olan Varşava Fond Birjasına dəvət etdi. Azərbaycan firmalarının Avropa birjalarına çıxışı kənardan iri maliyyələşmə cəlb etməyə imkan verir ki, bu da iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırır.

Polşa son vaxtlar Azərbaycanla iqtisadi əməkdaşlığını fəallaşdıran ilk Avropa ölkəsi deyil. Lap bu yaxınlarda Macarıstanın ticarət naziri Peter Siyarto Bakıya səfər edib, Rumıniya və Yunanıstanla yaxşı iqtisadi münasibətlər qurulub. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması digər Avropa ölkələrinin də baxışlarını Azərbaycana yönəldib.

Bunların hamısı Avropa ölkələrinin ayrı-ayrılıqda Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiklərindən xəbər verir. Lakin onların maraqları Avropa İttifaqına üzvlüklə toqquşur. Ola bilər, Avropa İttifaqının ümumi yanaşmalara yenidən baxmasının vaxtı çatıb?

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et