Avropa Mərkəzi Bankının prezidenti süni intellektlə bağlı xəbərdarlıq edib | Banco.az

Avropa Mərkəzi Bankının prezidenti süni intellektlə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard süni intellektlə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bildirib ki, süni intellekt kimi yeni texnologiyalar potensial risklər daşıyır və maliyyə sistemində yeni zəifliklər yaradır.

Laqard Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Sistemli Risk Şurasının illik konfransında çıxış edib.

Geosiyasi dəyişikliklər, iqlim və texnoloji irəliləyişlər kimi böyük struktur transformasiyalarının makroprudensial siyasətdə yeni məhdudiyyətlər ortaya qoyduğunu dilə gətirən Laqardın fikrincə, bunlar hələ mövcud çərçivələrdə tam əks olunmayıb, lakin maliyyə sabitliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Laqard bildirib ki, yeni texnologiyaların yaratdığı riskləri effektiv şəkildə azaltmaq üçün makroprudensial siyasət bu texnologiyaların gətirdiyi yenilikləri əhatə etməli və onlardan istifadə etməlidir.

“Kriptovalyutalarla bağlı çoxlu problemlər mövcuddur”, deyən prezident bəyan edib ki, bu sahədə zəif təməllər, şübhəli idarəçilik və səmərəsiz yoxlama metodları kimi müxtəlif ünvanlanmamış elementlər var.

Ən sərfəli kredit üçün müraciət et

"Maliyyə sistemi üçün ən çox transformasiya edici şey süni intellekt ola bilər", deyə bildirən Laqard xatırladıb ki, xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş analitik süni intellekt modelləri fırıldaqçılığın aşkarlanması, kreditlərin qiymətləndirilməsi və portfel gəlirlərinin proqnozlaşdırılması kimi sahələrdə maliyyə qurumlarına kömək edir.

“Yeni texnologiyalar zaman keçdikcə maliyyə sisteminə böyük faydalar gətirsə də, onlar həmişə potensial risk daşımağa meyllidirlər”, qiymətləndirməsi də prezidentin sözlərində yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram