Avropa Mərkəzi Bankının məlumat bazası haker hücumuna məruz qalıb | Banco.az

Avropa Mərkəzi Bankının məlumat bazası haker hücumuna məruz qalıb

Avropa Mərkəzi Bankının veb-saytı hakerlər tərəfindən ələ keçirilib. Bu barədə məlumat cümə axşamı açıqlansa da, əslində fakt bazar ertəsi günü Avropa Mərkəzi Bankına anonim məktub ünvanlandıqdan sonra aşkarlanıb. Anonim məktubun müəllifi müəyyən məbləğin müqabilində oğurlanmış məlumat bazasının Mərkəzi Banka geri qaytarılacağını təklif edib. Avropa Mərkəzi Bankından verilən məlumatda təsdiq edilir ki, hücum nəticəsində bank əməkdaşlarına və Avropa Mərkəzi Bankının təşkil etdiyi tədbirlərin iştirakçısı olan şəxslərə aid 20 min elektron və poçt ünvanı, eləcə də telefon nömrələri kiber-cinayətkarların əlinə keçib. Məlumatda həmçinin qeyd olunur ki, bazar üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlar ayrıca serverdə yerləşdiyi üçün onlara heç bir zərər gəlməyib.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et