Avropa Mərkəzi Bankı rəqəmsal avro buraxmaq üçün növbəti addımı atıb | Banco.az

Avropa Mərkəzi Bankı rəqəmsal avro buraxmaq üçün növbəti addımı atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) rəqəmsal avro ilə bağlı növbəti addımını atıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) rəqəmsal avro layihəsinin 2023-cü ilin noyabrından başlayaraq iki illik “hazırlıq mərhələsinə” keçiləcəyini açıqlayıb.

Mərkəzi Bankın bəyanatında 2023-cü il noyabrın 1-dən başlayaraq hazırlıq mərhələsi ilə infrastrukturu inkişaf etdirəcək provayderlərin seçilməsini əhatə edən araşdırmalarla potensial rəqəmsal avronun təməlinin qoyulacağı bildirilib. Bununla yanaşı, hazırlıqların rəqəmsal avro ilə bağlı gələcək qərara yol açacağı da vurğulanıb.

Bununla belə, hazırlıq mərhələsinin başlamasının "rəqəmsal avro buraxmaq" üçün qəti qərar olmadığıda xatırladılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram