Avropa Mərkəzi Bankı maraqla gözlənilən faiz qərarını açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı maraqla gözlənilən faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı təəccüb doğurmayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) bank böhranının ortasında diqqətlə izlənilən faiz qərarını açıqlayıb.

Bank uçot dərəcəsini proqnozlara paralel olaraq 50 baza bəndi artırıb.

Bununla da, bankın əsas yenidən maliyyələşdirmə dərəcəsi 3,50 faizə, marjinal maliyyələşdirmə dərəcəsi 3,75 faizə, overnayt depozit dərəcəsi isə 3%-ə çatdırılıb.

Qərarın mətnində inflyasiyanın uzun müddət çox yüksək səviyyədə qalacağı proqnozlaşdırılırdı. Mətndə qeyd olunub ki, qeyri-müəyyənlik statistiki göstəricilərə əsaslanan yanaşma tələb edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et