Avropa Mərkəzi Bankı avrozona iqtisadiyyatındakı artımdan təəccüblənib | Banco.az

Avropa Mərkəzi Bankı avrozona iqtisadiyyatındakı artımdan təəccüblənib

Müəllif - Aida İsaq, Banco.az

Avrozonanın cari iqtisadi vəziyyəti Avropa Mərkəzi Bankının (AMB) rəhbərlər şurasının üzvü Mario Centenonu təəccübləndirib.

Banco.az xəbər verir ki, o, bu barədə Davosda keçirilən dünya iqtisadi forumunda aparılan müzakirələr zamanı bildirib. Ekspert nəticələrin hər rübdə gözləniləndən daha yaxşı göründüyünü və bu tendensiyanın davam edəcəyini qeyd edib. Eyni zamanda, iqtisadçı, AMB-nin 2022-ci ildə regionun enerji böhranı fonunda yaranan inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayıb.

“Goldman Sachs”ın ekspertləri də, AMB-nin proqnozlarını təsdiqləyib. Beləliklə, 2023-cü ildə avro zonanın gələcəyi üçün gözlənilən 0,1 faiz geriləmə, 0,6 faiz artım proqnozu ilə əvəzlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram