Avropa İttifaqının yaşıl sənayeyə dəstək planı artıq hazırdır | Banco.az

Avropa İttifaqının yaşıl sənayeyə dəstək planı artıq hazırdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ və Çin kimi ölkələrin yaşıl sənayeyə subsidiyalarına qarşı öz şirkətlərini qorumaq planını hazırlayıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.

O, Avropa sənayesinin xalis sıfır emissiya sahəsində rəqabət qabiliyyətini artırmaq və iqlimə uyğun transformasiyanı dəstəkləmək üçün hazırladıqları Avropa Yaşıl Uzlaşma Sənayesi Planını təqdim edib.

Sözügedən plana Aİ-nin dövlət dəstək qaydalarının yumşaldılması, mövcud Aİ fondlarının yenidən yönləndirilməsi, yaşıl layihələrin təsdiqinin sürətləndirilməsi, işçilərin bacarıqlarının bu sahələrə yönəldilməsi və mühüm xammal üçün təchizat təhlükəsizliyini təmin etmək məqsədilə yeni ticarət müqavilələrinin bağlanması daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et