Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

Banco.az xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynanın sabitliyi pozan hərəkətlərinə görə tətbiq edilən iqtisadi tədbirlərin müddətinin 31 iyul 2026-cı il tarixinədək uzadıldığını açıqlayıb.

Açıqlamada xatırladılıb ki, Aİ sanksiyaları Rusya–Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevral ayından sonra əhəmiyyətli dərəcədə genişləndirilib.

Aİ sanksiyaları çərçivəsində Rusiyaya qarşı ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks məhsullar, eləcə də qızıl və almazı əhatə edən geniş spektrli məhdudiyyətlər tətbiq olunur.

Dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə idxalına qadağa qoyulması, bir sıra Rusiya banklarının beynəlxalq ödəniş sistemi “SWIFT”dən çıxarılması, həmçinin çoxsaylı yayım qurumlarının fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır.

Aİ müharibə səbəbilə indiyədək Rusiyaya qarşı 19 sanksiya paketi həyata keçirib.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 ayda bir uzadılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram