Avrozonada bərpa gözləndiyi kimi sürətli keçmir. Bunun əsas səbəbkarı isə Böyük Britaniya və Almaniyadır.
Eurostatın təqdim etdiyi maliyyə sənədlərinə əsasən cari ilin ilk rübündə iqtisadi artım göstəricisi 0.3% təşkil edib. Halbuki, analitiklərin əksəriyyəti daha yüksək proqnozlar vermişdi. Lakin gözləntilər özünü doğrultmayıb.
Bəs belə aşağı göstəriciyə görə kimlər məsuliyyət daşıyır? İngiltərə və Almaniya hər ikisi ili çox zəif başlayıblar. Adı çəkilən ölkələrdə ÜDM 2015-ci ilin ilk aylarında cəmi 0.3% artıb. Hərçənd ki, hər iki ölkə son günlərədək Avropanın ÜDM həcmində aparıcı rola malik idi.
Təəccüblüsü ondadır ki, ən yaxşı nəticələr, bugunə kimi elə də yüksək göstəriciləri olmayan ölkələrdən gəlib.
Fransada ÜDM 0.7% inkşaf edib ki, bu da Böyük Britaniya və Almaniyanın birgə göstəricisindən 2 dəfə çoxdur. İspaniyada isə bu göstərici 0.9%-ə bərabər olub.
Həmçinin Mərkəzi Avropada da müvafiq sektor üzrə rəqəmlər qənaətbəxş hesab olunur, (Bolqarstan 0.9%, Slovakiya 0.8%, Macarstan 0.6% və inanılmaz göstərici ilə Ruminiya 1.6%).