Müəllif: Mehin Qasımova/Banco.az
"Hazırda Avropa ölkələrində dizel yanacağı qıtlığı yaşanır".
Banco.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, hazırda Avropada dizel yanacağının demək olar ki, rekord qiymətləri qeydə alınır.
Qeyd edək ki, Rusiyada ölkədən yanacaq və benzinin ixracına müvəqqəti qadağa tətbiq edildikdən sonra Avropada yanacağın qiyməti kəskin artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!