Avropa bankı Azərbaycanın builki iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb | Banco.az

Avropa bankı Azərbaycanın builki iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu azaldıb.

Bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının may sayında bildirilir.

Sənədə əsasən, bu il Azərbaycanda iqtisadi artımın 4,5 % olması gözlənilir ki, bu da martda verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda ÜDM-in 2,5 % artacağını proqnozlaşdırır. Bu isə, əvvəlki proqnozla eynidir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram