Avro və funt üzrə ucuzlaşma proqnozları gündəmdə qalmaqdadır | Banco.az

Avro və funt üzrə ucuzlaşma proqnozları gündəmdə qalmaqdadır

Dünya birjalarında avro və funt üzrə ucuzlaşma proqnozları gündəmdə qalmaqdadır. Qızılın yenidən bahalaşacağı ehtimalları da diqqət mərkəzindədir.

Avro və Funt üzrə ucuzlaşma proqnozları gündəmdə

Son günlər dünya ticarətində risklərin artmasına səbəb olan virusun yayılması, avro və funt sterlinqin ucuzlaşmasına səbəb olmaqdadır. Əlvan metallar bazarlarında da qızıla olan tələb maksimum səviyyələrdədir. 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.11$-ın altına qaldıqca, 1.09$, GBP/USD məzənnəsi isə 1.30$-ı qırarsa, 1.29$-a kimi ucuzlaşa bilər. 

Qızılın yenidən bahalaşacağı proqnozları

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1562$-ın üzərində qaldıqca, yenidən bahalaşacağı proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, çərşənbə axşamı virusun nəzarət altına götürülməsi üçün dərmanın tapılması xəbərlərinin yayılması, qızılın ucuzlaşmasına səbəb olmuşdu. 

FED-in önəmli açıqlamaları olacaqdır

Bununla yanaşı, bu gün axşam saatlarında FED-in faiz qərarının açıqlanmasından sonra Bakı vaxtı ilə saat 12-nin yarısında baş tutatacaq mətbuat konfransında, bank sədrinin verəcəyi açıqlamaları da investorların diqqət mərkəzində olacaqdır.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et