ABŞ-da açıqlanacaq inflyasiya öncəsi proqnozlar: EUR 1.12, GBP 1.33$-a kimi bahalaşa, qızıl 1459$-a kimi ucuzlaşa bilər.
EUR 1.12, GBP 1.33$-a kimi bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri keçən həftənin maksimumlarında ticarət edilməkdədirlər.
Təhlillərə əsasən, avro və funt sterlinq müvafiq olaraq 1.12 və 1.33$-a kimi də bahalaşa bilər.
ABŞ-da açıqlanacaq inflyasiya və FED sədrinin çıxışı diqqət mərkəzində olacaqdır.
Bununla yanaşı, bu gün ABŞ-dan Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq inflyasiya ilə bağlı fundamental göstəricilər və saat 23:30-da danışacaq FED sədrinin fikirləri də investorların diqqət mərkəzində olacaqdır.
Qızıl 1459$-a kimi ucuzlaşa bilər
Qeyd etmək lazımdır ki, avro və funtda bahalaşma, əlvan metallar bazarlarında qızıla olan tələbi də azalda bilər və bir unsiya üzrə qiymət 1459$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.