Avro, funt sterlinq və qızılın qiymətlərində ucuzlaşma sürətlənib | Banco.az

Avro, funt sterlinq və qızılın qiymətlərində ucuzlaşma sürətlənib

Avropa Mərkəzi Bankının açıqlamalarından sonra avro, funt sterlinq və qızıln qiymətlərində ucuzlaşma daha da sürətlənib.

Avropa Mərkəzi Bankının açıqlamaları və EUR

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra EUR/USD məzənnəsində ucuzlaşma müşahidə edilib. 

Amerika sessiyasında 1.12$-a kimi dəstək alan məzənnə, ümumilikdə 1.13$-ın altında qaldıqca, yenidən ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 

GBP/USD məzənnəsi də ucuzlaşmaqdadır

Nəticədə dollara olan tələbin yenidən artması, GBP/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olub və burada da qiymət 1.27$-ın altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, Breksit fonunda İngiltərə ilə Avropa Birliyi arasında ticarət sazişi danışıqları da ləğv edilib və danışıqların video konfranslarla davam etməsi mümkünlüyü müzakirə edilməkdədir. 

Qızılda ucuzlaşma sürətləndi

Əlvan metallar bazarlarında isə qızılın qiymətləri ucuzlaşmağa başlayıb və daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Ucuzlaşmasına səbəb isə qiymətin artıq cari maksimum səviyyələri ilə bütün mümkün faiz azalmalarını nəzərə almasıdır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.