Aviasiya sektorunun gəlir itkisində kəskin azalma gözlənilir | Banco.az

Aviasiya sektorunun gəlir itkisində kəskin azalma gözlənilir

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən edilən yeni açıqlamada pandemiya səbəbindən sektorun üzləşdiyi gəlir itkisinin azaldığı, ancaq çətinliklərin davam etməkdə olduğu bildirilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, beynəlxalq aviasiya sektoru üzrə bu il proqnozlaşdırılan gəlir itkisinin 47.7 milyard dollardan 51.8 milyard dollara artırıldığı bu açıqlamada həmçinin gələn il bu göstəricinin kəskin geriləyək 11.6 milyard dollara düşəcəyi qeyd edilib.

Bununla yanaşı, 2022-ci ildə sektor üzrə tələbin artaraq 61%-ə çatacağı proqnozlaşdırlarkən, ümumi sərnişin sayının da 3,4 milyard nəfərə yüksələcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et