Aviaşirkət elektriklə işləyən təyyarə hazırlayır - YENİLİK | Banco.az

Aviaşirkət elektriklə işləyən təyyarə hazırlayır - YENİLİK

Böyük Britaniyanın “Easyjet” aviaşirkəti elektriklə işləyən sərnişin təyyarəsi hazırlayacaq.

Publika.az Türkiyənin “Haberler” saytına istinadla bildirir ki, şirkət tarixə düşəcək bu işin həyata keçirilməsi üçün mühəndis və kimyaçılardan ibarət qrup yaradıb. Şirkətdən bildirilib ki, 500 kilometr məsafəni qət edə biləcək bu təyyarənin hazırlanmasına artıq başlanılıb. Elektriklə işləyən təyyarənin ən böyük üstünlüyü yanacaq xərcinin minimuma endirilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin icraçı direktoru Karolin Makkol deyib: “Eynilə avtomobil sənayesindəki kimi artıq aviasiya sənayesində də ətraf mühitdəki mənfi təsirləri azaltmaq üçün elektrik texnologiyasından faydalanırlar. İlk dəfə yanacaqsız təyyarə uçuşunu həyata keçirəcəyimiz üçün həyəcanlıyıq. Elektriklə işləyən təyyarənin nə vaxt uçacağı maraqla gözlənilir

Ən sərfəli krediti almaq üçün müraciət et