Aviabilet qiymətləri gələn il daha da bahalaşacaq | Banco.az

Aviabilet qiymətləri gələn il daha da bahalaşacaq

Gələn ildən Avropada qısa məsafəli reyslərin əksəriyyətinə aviabiletlər bahalaşacaq.

Bu barədə Avropanın ən iri loukoster (ucuz qiymətli) hava yolları şirkəti Ryanair bildirib.

Şirkətin baş direktoru Maykl Oleari Reuters-ə açıqlamasında bahalaşmanın bu ilin payız və Milad tətillərində başlayacağını, gələn ilin yay turizm mövsümündə 2019-cu ildəki qiymətləri də keçəcəyini bildirib. Əsas səbəb pandemiyaya görə məhdudiyyətlər səbəbindən hələ də sərnişin sayında ən azı 20-25% azalmadır.

Pandemiyadan öncə ildə 149 milyon sərnişin daşıyan Ryanair mart 2021-mart 2022 fiskal ilində bu sayın maksimum 100 milyon nəfərə çatacağını proqnozlaşdırır. Yalnız 2024-cü ildə yeni hədəfə - ildə 200 milyon sərnişinə çatmaq mümkün olacaq. Bu məqsədşirkət Boeing-ə 200-dən çox 737 MAX təyyarəsi sifariş verməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et