“AtaBank” ASC dünyanın aparıcı ödəniş sisteminə qoşuldu | Banco.az

“AtaBank” ASC dünyanın aparıcı ödəniş sisteminə qoşuldu

Avqust ayının 28-də “Excelsior” hotelində “AtaBank” dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdır.

Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS-terminallarında, emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay İnternational" kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay İnternational" şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.

Ən sərfəli kredit üçün müraciət et

UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir.Kartlarının ümumi sayı5 milyarddan artıqdır, bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et