Asiyanın varlıları Dubaya yönəlmiş investisiyaları yenidən nəzərdən keçirirlər | Banco.az

Asiyanın varlıları Dubaya yönəlmiş investisiyaları yenidən nəzərdən keçirirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Asiyanın varlıları Dubaya yönəlmiş investisiyaları yenidən nəzərdən keçirirlər.

Banco.az xəbər verir ki, "Bloomberg News"a danışan bir sıra məsləhətçilər bildiriblər ki, müştərilərinin bəzisi Dubaya köçmə planlarını təxirə salmaq istədiklərini deyərək onlara zəng edir, digərləri isə bir vaxtlar təhlükəsiz və sabit hesab olunan bu bölgədəki investisiyalarını azaltmağın yollarını araşdırır. Məsləhətçilərin sözlərinə görə, hazırda Dubayda yaşayan şəxslər isə münaqişənin genişlənməsi ehtimalını nəzərə alaraq fövqəladə vəziyyət planları hazırlayırlar.

Honq Konq mərkəzli “Annum Capital” şirkətinin baş icraçı direktoru Nik Syao bildirib ki, investisiya imkanları və vergi üstünlükləri səbəbindən Yaxın Şərqə üz tutan asiyalı investorlar hazırda qərarlarını yenidən qiymətləndirirlər və ehtimal ki, vəsaitlərini Honq Konq və ya Sinqapura köçürməyə başlayıblar.

"Boston Consulting" şirkətinin məlumatına görə, Əbu-Dabini də əhatə edən Birləşmiş Ərəb Əmirlikləri 2024-cü ildə dünyanın maliyyə aktivləri əməliyyatları üzrə ən sürətlə inkişaf edən mərkəzlərindən biri olub. Şirkətin hesablamalarına əsasən, xarici investorlara məxsus təxminən 700 milyard ABŞ dolları həcmində vəsait Birləşmiş Ərəb Əmirliklərində idarə olunur. Təkcə Dubayda 1,2 trilyon ABŞ dollarından artıq aktivə nəzarət edən ailə ofisləri fəaliyyət göstərir.

Dubayda yerləşən aktiv məsləhətçiliyi şirkəti “M/HQ”nun idarəedici tərəfdaşı Yan Mrazekin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində yaradılmış 2270-dən çox qurumun təxminən dörddə biri Asiya mənşəli şəxslərə məxsusdur. “Dubay Beynəlxalq Ticarət Palatası”nın açıqlamasına əsasən isə 2025-ci ildə palatanın cəlb etdiyi bütün çoxmillətli şirkətlərin 47 faizi Asiya ölkələrindən olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram