Asiya İnkişaf Bankında yeni prezident | Banco.az

Asiya İnkişaf Bankında yeni prezident

Asiya İnkişaf Bankının (AİB) İdarə Heyəti Masatsuku Asakavanı yekdilliklə bankın yeni prezidenti seçib.

61 yaşlı M. Asakava hazırda Yaponiyanın Baş və Maliyyə nazirlərinin xüsusi məsləhətçisi vəzifəsində çalışır. O, AİB-in prezident öhdəliklərini 17 yanvar 2020-ci ildə qəbul edəcək. M. Asakavanı bu postda Takehiko Nakaonu əvəz edəcək.

Təxminən 40 illik karyerası boyunca M. Asakava Yaponiya Maliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrdə, o cümlədən beynəlxalq maliyyə işləri üzrə nazir müavini vəzifələrində çalışıb və inkişaf siyasətində, valyuta bazarlarında və beynəlxalq vergi siyasətində müxtəlif peşəkar təcrübə qazanıb.

marja