Asiya İnkişaf Bankı Asiya üzrə artım proqnozlarını aşağı salıb | Banco.az

Asiya İnkişaf Bankı Asiya üzrə artım proqnozlarını aşağı salıb

Tamara Mustafayeva, Banco.az

Asiya İnkişaf Bankı (AİB) mərkəzi bankların pul siyasətlərini sərtləşdirməsi, Ukrayna müharibəsi və Covid-19 tədbirlərindən irəli gələn risklər səbəbindən inkişaf etməkdə olan Asiya ölkələri üçün ÜDM artımı proqnozlarını aşağı salıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, AİB Çin və Hindistan da daxil olmaqla inkişaf etməkdə olan Asiya ölkələri üçün 2022-ci il üzrə ÜDM artımı proqnozunu 4,6 faizdən 4,3 faizə endirib. Bank həmçinin 2023-cü il üzrə artım gözləntisini də 5,2 faizdən 4,9 faizə salıb.

Şərqi Asiya üçün 2022 və 2023-cü il üzrə artım proqnozlarını müvafiq olaraq 3,8 və 4,5 faizdən 3,2 və 4,2 faizə endirən AİB Cənubi Asiya üçün 2022-ci il üzrə artım gözləntisini 6,5 faizdə sabit saxlasa da, 2023-cü il üzrə proqnozunu 7,1 faizdən 6,5 faizə endirib.

Bank İndoneziya, Vyetnam və Sinqapur kimi ölkələrin daxil olduğu Cənub-Şərqi Asiya üçün 2022-ci il üzrə ÜDM artım proqnozunu 5,0 faizdən 5,1 faizədək artırıb, 2023-cü il üzrə artım gözləntisini isə 5,2 faizdən 5,0 faizə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et