ASIC cihazları və mədənçilik sözləri bəlkə də kriptovalyuta bazarında son illər ən çox istifadə edilən ifadələr arasındadır. Bu cihazları istehsal edən və satışa çıxaran firmalarla yanaşı, cihazlarda istifadə olunan hissələri istehsal edən şirkətlər də bu işdən çox səmərə görürlər.
Siacoin-in tərtibatçısı Devid Vorik də belə düşünür. Mədənçilik və ASIC cihazları sektorunda hazırda böyük inhisarçılığın olduğunu bildirən Vorik məqaləsində mədənçilik sektorundakı nəhəngləri tənqid edib. Bitcoin və mədənçilik sektorundakı son hadisələri qələmə alan Vorik mədənçilik avadanlıqları istehsalçılarını sərt tənqid edib.
Mədənçilik bazarında son vəziyyət
Devid Vorik mədənçilik mövzusunda ciddi təcrübəyə malikdir. Mərkəzi olmayan məlumatların saxlama xüsusiyyətinə sahib olan və iş isbatı (Proof of Work) modeli ilə çalışan Siacoin-i tərtib edən komandanın mühüm üzvü olan Vorik həmçinin 18 ay əvvəl yaradılan mədənçilik avadanlığı və ASIC cihazları istifadə edən “Obelisk” şirkətinin sahibidir. O, kriptovalyuta mədənçiliyində yaşanan son hadisələri dəyərləndirərkən “Bitmain”-dən xüsusilə danışıb.
“Bitmain”-in sektorda etik davranmadığını və ədalətli yarışma şərtlərini pozduğunu bildirən Vorik “Bitmain”-in Çində xidmət göstərən ASIC cihaz çıxarma sektorunda olan digər şirkətlərə bilərəkdən maneə törətmək istədiyini vurğulayıb. Yayılan bəzi xəbərlərdə “Bitmain” və “Obelisk” arasındakı ziddiyətlərin nəticəsində Vorikin şirkətinin 2 milyon dollar zərər etdiyi iddia olunurdu.
ASIC cihazları pulkəsən maşınlar kimidir
Vorikin məqaləsində qeyd etdiyi ən böyük iddia ASIC cihazları istehsal edən şirkətlərin məhsul ortaya çıxıb, tamamlandıqdan sonra gizli şəkildə ekran kartlarıyla mədənçiliyə başlamasıdır. Bu şirkətlərin cihazlardan mənfəət qazanmanın çətinləşdiyi nöqtədə məhsulları bazara çıxardığını iddia edən Vorikə bu mövzuda dəstək olan söz-söhbətlət çoxdur. O, bu ifadələri səsləndirib:
“Bir andaca saytda 10 min dollarlıq mədənçilik avadanlıqlarının hamısının satıldığını görürsünüz. Sonra işi izlədikdə, cihazların yarısının eyni ünvana getdiyinin şahidi olursunuz. Yəni, əslində böyük şirkətlər böyük gücdən istifadə edərək ciddi mənfəət qazanırlar”.
Gizli mədənçilik davam edir
Gizli ASIC cihazlarının həmin şəbəkədəki nasazlığı tapma və ona hücum etmə mövzusunda bazardakı həmkarlarından daha güclü olması da faktdır. Devid Vorik də bu fikirlə razılaşır. Onun fikrincə, bu növ cihazlar daha yüksək qazma gücünə malikdirlər. Bəzi mədənçilik firmalarının sırf bu cihazlar üçün milyonlarla dollar xərclədiyini bildirən Vorik bu sahədə böyük bir yeraltı sistemin qurulmağa başladığını qeyd edib:
“Mədənçilik firmaları belə cihazlar üçün milyonlarla dollar ödəyirlər. Şirkətlər belə kritik ortamda adlarının hallanmasını istəmirlər və bu işi gizli həll etməyə çalışırlar. ASIC cihazları pulkəsənlər maşına bənzəyir, lakin bu yalnız istehsalçılar üçün keçərlidir. Həqiqətən, ciddi pullar qazanırlar. Burada istehlakçılar və müştərilər aşağıdakı sualları özlərinə verməlidirlər: Nə istehsalçı bu cihazları əlində saxlamaqdansa, mənə satır?
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.