ASA-nın Hüquq komitəsinin görüşü keçirilib | Banco.az

ASA-nın Hüquq komitəsinin görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Hüquq komitəsinin sədri – Atəşgah Sığorta şirkətindən Səbuhi Mikayılov və komitə üzvləri – AzRe Təkrarsığorta şirkətindən Gündüz Məmmədli, Qala Həyat Sığorta şirkətindən Süleyman Zeynallı, Meqa Sığorta şirkətindən Hamlet Qarayev, Paşa Sığorta şirkətindən Rübabə Qafarova, Paşa Həyat Sığorta şirkətindən Səbuhi Göyüşov, AzSığorta şirkətindən Pərvin Quliyeva, Xalq Sığorta şirkətindən Emin Abdullayev, AtaSığorta şirkətindən Şəhriyar Əlizadə, həmçinin, Birliyin əməkdaşları iştirak edib.

Görüşdə “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqlarının sığorta ödənişindən tutulması” və “Sığorta marağı ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş dairənin genişləndirilməsi” mövzuları müzakirə edilib. Müzakirə zamanı komitə üzvləri qeyd olunan mövzularla bağlı təcrübədə rast gəldikləri hallar barədə fikir mübadiləsi edib, bununla bağlı təcrübələrini bölüşüb və qarşılaşdıqları ziddiyyətli hallara dair təkliflər irəli sürüblər.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün yekununda komitə üzvləri “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqlarının sığorta ödənişindən tutulması” mövzusuna dair təkliflərin hazırlanıb ilkin növbədə müzakirəsi, daha sonra isə müvafiq quruma göndərilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin nəzdində fəaliyyət göstərən üç komitədən biri olan Hüquq komitəsi sığorta bazarında mövcud problemlərin həllində və ziddiyyətli məsələlərin hüquqi baxımdan tənzimlənməsi platforması kimi çıxış edir.