ARPA onlayn “Peşəkar Mühasib” hazırlıq təliminə qeydiyyat elan edir | Banco.az

ARPA onlayn “Peşəkar Mühasib” hazırlıq təliminə qeydiyyat elan edir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən onlayn formada keçiriləcək “Peşəkar Mühasib” hazırlıq təliminə qeydiyyat elan edir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlığı ehtiva edən "Peşəkar Mühasib" (Maliyyə Hesabatlarının Beynəlxalq Standartalrı - MHBS üzrə) təliminin əsas məqsədi mühasibləri  nəzərdə tutulan sertifikasiyası imtahanlarına hazırlamaqdır.

Onlayn hazırlıq təlimi zamanı “Vətən Müharibəsində” iştirak etmiş mühasiblərə ARPA tərəfindən 40% endirim edilir.

Qeyd edək ki, tədris edilən hazırlıq təlimi DİM tərəfindən elan olunan Peşəkar Mühasib Sertifikasiya  imtahan proqramına əsasən keçirilir.

Əlaqədar şəxs: Leyla Mayil

Tel: (+994 12) 505 53 02

(+994 55) 202 93 43

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram