ARPA “Elektron Terminologiya Sözlüyü” mühasibatlıq və risk idarəetməsi sahəsinin inkişafında uğurlu addımdır | Banco.az

ARPA “Elektron Terminologiya Sözlüyü” mühasibatlıq və risk idarəetməsi sahəsinin inkişafında uğurlu addımdır

Azərbaycanda maliyyə və idarəetmə sahəsində peşəkar kadrlar hazırlamaq və ölkə iqtisadiyyatına dayanıqlı töhfə vermək məqsədilə 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) bu istiqamətdə müxtəlif təlim, forum və sertifikasiya proqramları təşkil etməklə yanaşı, bu sahənin ədəbiyyatının inkişafı üzrə də uğurlu addımlar atır.

Belə ki, ARPA tərəfindən maliyyə, mühasibat uçotu və risk sahəsində ölkəmizdə ilk dəfə tərtib edilmiş “Elektron terminologiya sözlüyü” azərbaycan, rus və ingilis dillərində 4000-ə yaxın sözdən ibarətdir. ARPA tərəfindən heç bir mənfəət güdülmədən geniş istifadəçi kütləsi üçün hazırlanmış sözlük Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin yoxlamasından keçərək Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə ARPA Tərcümə Komissiyası tərəfindən yaradılmışdır. Ölkəmizdə mühasibatlıq, risklərin idarəedilməsi və maliyyə sahəsində istifadə olunan terminologiyanı əhatə edən sözlük  “Korporativ idarəetmə”, “Maliyyə bazarları”, “Risklərin idarə olunması”, “Mühasibatlıq və audit” bölmələrindən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Elektron terminologiya sözlüyü”nün dəqiq və müasir təriflərlə hazırlanmasına baxmayaraq, müasir dövrdə bir çox terminlərin zamanla dəyişikliyə uğraması səbəbi ilə bəzi terminlərin mənaları hazırki dövrün terminologiyası ilə fərqliliklər təşkil edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et