Argentinalı futbolçunun ilk "müqavilə"si olan salfet rekord məbləğə satılıb | Banco.az

Argentinalı futbolçunun ilk "müqavilə"si olan salfet rekord məbləğə satılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Futbolçu Lionel Messinin 13 yaşında İspaniyanın "Barselona" klubu ilə ilk müqaviləsini bağladığı salfet hərracda 762,4 min funt sterlinqə (965 min dollar) satılıb.

Banco.az xəbər verir ki, bu barədə hərracı təşkil edən Britaniyanın “Bonham” hərrac evi məlumat yayıb.

Məlumata görə, lotun başlanğıc qiyməti 300 min funt sterlinq olub. Nəticədə məbləğ bütün gözləntiləri üstələyib.

Hərrac sövdələşmədə iştirak edən argentinalı agent Horacio Gaggioli adından keçirilib. Alıcının adı açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram