Argentinada banklar daxil bütün şirkətlərin valyuta almasına və ölkə xaricinə köçürülməsinə məhdudiyyət tətbiq edilib.
Rəsmi qəzetdə dərc olunan 596 nömrəli sərəncama görə, banklar və xarici ticarət ilə məşğul olan bütün şirkətlər Mərkəz Bankdan (BCRA) icazə almaq məcburiyyətindədirlər.
İl sonuna qədər etibarlı olan sərəncamda, "Bu tədbirlər ilə iqtisadiyyatın normal fəaliyyətini gücləndirmək, valyuta bazarının ölçülü bir şəkildə idarə edilməsinə töhfə vermək, dalğalanmaları azaltmaq və real iqtisadiyyat üzərindəki təsirini yumuşaltmaq hədəflənir", - ifadələrinə yer verilib.
Böyük şirkətlərə məhdudiyyət tətbiq edilən bu sərəncamla, kiçik və orta miqyaslı investorların da qorunması planlaşdırılır.
Digər tərəfdən, BCRA-dan verilən açıqlamaya görə, hüquqi şəxslərin də dollar almasına aylıq 10 min dollar məhdudiyyət tətbiq edilib.
Marja