ARDNF-in I rübdə gəlirləri 3,273 mlrd. manat, xərcləri isə 3,848 mlrd. manat təşkil edib | Banco.az

ARDNF-in I rübdə gəlirləri 3,273 mlrd. manat, xərcləri isə 3,848 mlrd. manat təşkil edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-cı ilin yanvar-mart ayları ərzində 3 272,5 mln. manat, xərcləri isə 3 847,5 mln. manat təşkil edib. 

Bu barədə bu gün ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 899,1 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından gəliri 2 894,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln, manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-in 2017-cı il büdcəsinin icrası çərçivəsində 1 525,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 mln. manat vəsait ayrılıb", - fondun icraçı direktoru əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Ş.Mövsümovun sözlərinə görə, hesabat dövründə 2,0 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. O bildirib ki, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 mln. manat Mərkəzi Banka transfert edilib.

Qeyd olunub ki, I rübdə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 3,9 mln. manat təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et