“Arçelik” markasının yeniliklərlə dolu UĞUR HEKAYƏSİ | Banco.az

“Arçelik” markasının yeniliklərlə dolu UĞUR HEKAYƏSİ

Tamara Mustafayeva, Banco.az

Türkiyənin ən mühüm markalarından biri hesab edilən “Arçelik” istər Türkiyədə, istərsə də dünyanın müxtəlif ölkələrində həm yüksək standartlara cavab verən məhsulları, həm də tətbiq etdiyi texnoloji yeniliklərlə bu günədək yaratdığı imici qoruyub saxlamağa nail olub. Odur ki, gəlin bugünkü məqaləmizdə “Arçelik” markasının Sütlücə bölgəsindəki bir fabrikdən dünyaya inteqrasiya edən uğur hekayəsinə nəzər salaq.

1955-ci ildə Vehbi Koç tərəfindən əsası qoyulan markanın hekayəsi, əslində 1935-ci illərə gedib çıxır. Çünki Vehbi Koç həmin vaxtlarda belə məişət texnikası sektoruna sərmayə qoymaq üçün fürsət axtarır, ancaq yerli və ya xarici investor tapa bilmirdi. Bu biznes hər zaman ağlında qalsa da, xüsusilə avtomobil sektoru ilə əlaqədar ticarətlə məşğul olmağa başlayır. 1946-cı ildə Koç ABŞ-a səfər edir və “General Electric” firması ilə Türkiyənin ilk lampa fabrikini təsis etmək üzrə razılıq əldə edir. Amerika sərmayəsinin Türkiyədəki ilk müştərək təşəbbüsü olan bu fəaliyyət sadəcə Türkiyəni yerli işıqla aydınlatmaqla kifayətlənmir, həmçinin yeni əməkdaşlıqların da təməlini qoyur.

“General Electric” firması ilə lampa fabriki layihəsində qurulan uğurlu əməkdaşlıq məişət texnikası sektoruna dair Vehvi Koçun ümidlərini yeniləyir və 1955-ci ildə Sütlücə bölgəsində Vehbi Koç, Lütfi Doruk və General Electric əməkdaşlığı çərçivəsində “Arçelik” markası yaradılır.

İnsanların ərzaqları zirzəmilərdə saxladıqları və soyuducu anlayışının geniş yayılmadığı bir dövrdə istehsala soyuducu ilə başlayan Arçelik xalqın böyük rəğbəti ilə qarşılaşır. Məhsulların böyük rəğbət görməsindən sonra Arçelik məişət texnikası istiqamətində yeni məhsulların istehsalına başlayır və Türkiyədə məşişət texnikası və elektrikli ev əşyaları sektorunun inkişafında təməl lokomotivlərdən birinə çevrilir.

Ev əşyaları istehsalına üstünlük verilməsinə qərar verilir və soba istehsalı ilə fəaliyyətə başlanılır. 1959-cu ildə Ç-1 adlı ilk paltaryuyan maşın bazara çıxarılır. O dövrdə məhsulun satışı Beko Ticarət şirkətinə həvala edilmişdi. Bununla yanaşı, sözügedən məhsullar General Electric markası ilə Yaxın Şərq ölkələrinə də ixrac edilməyə başlanmışdı.

Arçelik markalı soba, paltaryuyan maşın və soyuducuların elanları Eli Acimanın təsis etdiyi “Faal Ajans” tərəfindən hazırlanır. İlk elanlar təlimat kitabçası xarakteri daşıyırdı. Belə ki, məhsulun hər bir funksiyası qeyd edilir, məhsuldan necə istifadə edilməli olduğu izah edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti illərdə ucuz qiymətlərin yaratdığı tələb şirkətin bu tələbi qarşılamaq üçün məhsul istehsalında çətinlik çəkməsinə səbəb olur və 1968-ci ildə Çayırova bölgəsində daha böyük fabrik inşa edilir. 1975-ci ildə Əskişəhərdə soyuducu, 1979-cu ildə İzmirdə elektrik süpürgəsi, 1993-cü ildə isə Ankarada qabyuyan maşın istehsalı ilə məşğul olan müəssisələr fəaliyyətə başlayır.

2002-ci ildə yeni əsrin innovasiya düşüncəsi ilə birlikdə Arçelik markası da əsaslı korporativ dəyişikliliyə imza ataraq yeni loqosunu təqdim edir. Bunu da bir reklam filmi ilə həyata keçirir. Bu reklam filmində əksəriyyətimizin böyük marağına səbəb olan Robot Çelik ortaya çıxır. Sözühgedən reklam kampaniyası ilə şirkət 2000-ci illərdə əsaslı sıçrayışa nail olmuş və sektora rəhbərlik etməyə davam etmişdi.

Bu gün şirkət dünya miqyasında 27000 işçisi, Türkiyə, Ruminiya, Rusiya, Çin, Cənubi Afrika və Taylandda olmaqla 18 istehsal müəssisəsi, 34 satış və marketinq təşkilatı və 10 müxtəlif marka (Arçelik, Beko, Grundig, Blomberg, Elektrabregenz, Arctic, Leisure, Flavel, Defy və Altus) ilə 145 ölkədə məhsul və xidmət təklif edir.

Həmçinin oxu: İsveçrədən Türkiyəyə istiqamətlənən uğur hekayəsi - Migros

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et