"Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb" | Banco.az

"Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb"

"Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalana bilər".

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli bildirib.

Səfir vurğulayıb ki, biznes əlaqələrinin, həmçinin aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb: "Hazırda sənədlər baxılma mərhələsindədir".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Tacikistanla 2,135 milyon dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,215 milyon dollar və yaxud 36,3 faiz azdır. Ticarət dövriyyəsinin 99,6 faizi ixracın payına düşüb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et