Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb | Banco.az

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ölkədəki bankların rəhbərləri ilə görüş keçirib.

Görüşdə Agentliyin sədri Mirzə Əliyev bankirləri ölkə prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydaları ilə tanış edib.

O, bildirib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir: “Kreditlərin məbləğindəki yeni bölgülər fermerlərin tələblərinə və imkanlarına uyğunlaşdırılıb. Xüsusilə, mikrokreditlərin və kiçik həcmli kreditlərin məbləği kiçik fermerlər üçün kreditlərin əlçatan olmasını təmin edir. Məsələn, əvvəlki qaydalarda mikro kreditlərin həddi 1 000 manata qədər idi və bu, ən kiçik işə başlamaq istəyən fermerə kifayət etmirdi. Hazırda bu məbləğ 5 000 manata qədər artırılıb. Eyni fikri məbləği 20 000 manatdan 30 000 manata artırılmış kiçik həcmli kreditlər barədə də demək olar”.

Ən sərfəli kredit üçün müraciət et

Yeni qaydaların iri istehsalçılar üçün də əlverişli şərtlər təklif etdiyini diqqətə çatdıran M.Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının vəsaiti hesabına kənd təsərrüfatı texnikası alınması məqsədi ilə 1 milyon manata qədər kredit verilməsi imkanının yarandığını əlavə edib.

Agentlik sədri kənd təsərrüfatı texnikalarının lizinqə götürülmə qaydalarında da üstünlüklər yarandığını bildirib:  “İndi fermerlər istədikləri istehsalçı və satıcıdan texnika ala biləcəklər”.

O, bank rəhbərlərini əməkdaşlığa çağırıb.

Renkinq