“Apple” yenidən dünyanın ən dəyərli şirkəti adına layiq görüldü | Banco.az

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti adına layiq görüldü

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” son beş ayda ilk dəfə “Microsoft”u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti oldu.

Banco.az xəbər verir ki, bazar ertəsi bir sıra proqram məhsullarını təqdim edən “Apple”, “Microsoft”u birinci mövqedən kənarlaşdıraraq, yenidən dünyanın ən dəyərli şirkəti adını qazandı.

“Apple”ın səhmləri 2 faizdən çox artaraq 211,75 dollara yüksəlib, nəticədə şirkətin bazar dəyəri 3,25 trilyon dollar təşkil edib. “Microsoft”un isə bazar kapitallaşması  3,24 trilyon dollardır. 

“Apple” şirkətinin səhmləri, cihazları üçün süni intellekt və proqram təminatının təkmilləşdirmələrini dəstəkləyən bir sıra funksiyaları təqdim etdikdən bir gün sonra rekord səviyyəyə yüksəlib.

Analitiklərin hesab edir ki, bu addım “iPhone”un satışlarının artmasına kömək edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram