“Apple” yeni proqram təqdim edib | Banco.az

“Apple” yeni proqram təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

“App Store”da istifadəçilərin klassik mahnıları dinləyə biləcəyi “Apple Music Classical” proqramı təqdim olunub. 

Banco.az xəbər verir ki, abunəçilər üçün yüksək keyfiyyətə əsaslanan yüzlərlə musiqi albomları, bəstəkarların tərcümeyi-halları və s. daxil olmaqla 5 milyondan çox klassika nümunəsinə çıxış imkanı təqdim olunacaq.

Sözügedən proqramın 28 mart tarixində təqdimatı gözlənilir. Eyni zamanda tətbiqin Rusiya, Əfqanıstan, Çin, Koreya, Pakistan, Tayvan, Türkiyə və Yaponiya istisna olmaqla, bütün dünyada əlçatan olacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et